Araz Abdullayev Liverpula gedir
11.02.2011 - 15:19
İngiltərənin "Everton" klubu “Neftçi”yə rəsmi məktub göndərib. Apasport.az saytının məlumatına görə, məktubda Liverpul təmsilçisinin rəsmiləri "Everton"la müqavilə imzalayan Araz Abdullayevi komandanın məşqlərində iştirak etmək üçün düşərgələrinə dəvət edirlər: “Bir müddət əvvəl Azərbaycana səfərimiz və klublarımız arasında bağlanan razılaşma ilə əlaqədar, Sizi 14 -25 fevral 2011-ci il tarixləri arasında İngiltərəyə, klubumuzun məşqlərinə qatılmağa dəvət edirik. Bu müddət ərzində aşağıda qeyd olunan ünvanda sizi yaşayış yeri ilə təmin etməklə yanaşı, bütün xərcləri üzərimizə götürürük".
Artıq ingilislərin "Neftçi" tərəfindən rəsmi cavab bildirilib. Araza uzunmüddətli viza alınması üçün Böyük Britaniya səfirliyinə müraciət edilib. Abdullayev viza məsələsinin həllindən sonra "Everton"un düşərgəsinə yollanacaq.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0