16-cı “Böyük oyun”: Yenə qapıçılar?
11.02.2011 - 15:37
Azərbaycan Premyer Liqasının qış fasiləsindən sonra ilk turda rəqib olan “Neftçi” ilə “Xəzər Lənkəran” klubları tarixlərində 16-cı dəfə görüşəcəklər. Apasport.az saytının hesablamalarına görə, “Böyük oyun” kimi tanınan matçda daha çox heç-heçə qeydə alınır – 5 dəfə.
Ancaq balansa nəzər salsaq, üstünlük “Neftçi”nin tərəfindədir. Belə ki, “ağ-qaralar” 15 oyunun 6-da, cənub təmsilçisi 4-də meydanı qalib tərk edib (topların fərqi 13-12).
Prinsipial rəqiblər ötən mövsüm sülhsevərlikləri ilə yadda qaldılar. Özü də maraqlıdır ki, görüşlərin hamısı eyni hesabla (0:0) nəticələndi. Bir ildən sonra ilk qolu vuran Dieqo Ruiz “Xəzər Lənkəran”a vacib qələbə qazandırsa da, bu, onun üçün sonuncu oyun oldu.
Belə ki, sonradan meydana çıxan argentinalı hücumçu Lənkərandakı həmin görüşdən sonra qovuldu. Göründüyü kimi, komandaların son 5 oyununda cəmi 1 qol vurulub və bu da qapıçıların hegemonluğundan xəbər verir. Halbuki, ötən mövsümə qədər “Neftçi” ilə “Xəzər Lənkəran”ın görüşündə mütləq qol vurulurdu.
Bakıdakı görüşdə digər maraqlı məqam məkanla bağlıdır. Belə ki, 2004-cü ildən başlayan oyunlarda həmişə öncə “Xəzər Lənkəran” meydan sahibi olur. Bu ənənə ötən mövsüm “altılıq”da da qırılmadı, indi də davam etdi.
Baş məşqçilərə gəlincə, Arif Əsədov əvvəl futbolçu (“Xəzər Lənkəran”ın kapitanı), “altılıq” oyunları zamanı isə “Neftçi”nin çalışdırıcı kimi derbidə iştirak etdi. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mircavadov isə derbidə ən çox iştirak edən baş məşqçidir.
Belə ki, 15 oyunun 13-də iş başında olan Mircavadov həm “Xəzər Lənkəran”, həm də “Neftçi”nin sükanı arxasında olan yeganə çalışdırıcıdır.
“Xəzər Lənkəran”la “Neftçi” arasında oyunlar
2004/05 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov
“Qızıl oyun”
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov
2005/06 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev
“Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov
2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov
“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets
2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya
“Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev
2008/09 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev
“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun
2009/10 mövsümü
İlkin mərhələ
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0
Final mərhələsi
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0
“Neftçi” – “Xəzər Lənkəran” – 0:0
2010/11 mövsümü
“Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz
Mehman SÜLEYMANOV

0
0