Ramazan Abbasov özünə klub tapdı
11.02.2011 - 15:53
Ramazan Abbasov özünə klub tapdı
“Xəzər Lənkəran” klubunun transferə çıxardığı Ramazan Abbasov özünə yeni komanda tapıb. Apasport.az saytının xəbərinə görə, yarımmüdafiəçi qarşıdakı ilyarımı “Gəncə”nin heyətində keçirəcək.

Ondan başqa, “Gəncə” daha 2 futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Serbiyalı Vladimir Zelenbaba mövsümün qalan hissəsini əyalət təmsilçisinin heyətində keçirəcək. 29 yaşlı oyunçunun sonuncu klubu “Zemun” olub.

“Gəncə” transfer pəncərəsi zamanı yeni qapıçı ilə də müqavilə bağlayıb. Birvaxtlar aşağıyaşlı futbolçulardan ibarət yığma komandada, eləcə də “Neftçi”də çıxış edən Ruslan Məcidovla anlaşmanın müddəti ilyarımdır.

Məcidovun sonuncu mövsümü İranın çempionatında keçirib. O, Təbrizin “Qoustareş Fulad” klubunun formasını geyinib.
0