Milli komandamızda təmizləmə əməliyyatı
11.02.2011 - 16:02
Azərbaycan futzal yığması növbəti təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, sabahdan fevralın 22-dək Bakıda keçiriləcək toplanış Avropa çempionatının əsas mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
10 günlük hazırlığa qapıçılar - Andrey Tveryankin, Marat Salyanski (hər ikisi “Araz”), Elnur Zamanov (“Ekol”), sahə oyunçuları - Rizvan Fərzəliyev, Vitali Borisov, Felipe Ribeyro, Namiq Məmmədkərimov (hamısı “Araz”), Zaur Fərziyev (“Ekol”), Rüfət Balakişiyev, Elvin Quliyev (hər ikisi “Neftçi” İSM), Dos Santos Maşado, Serjio Luis (hər ikisi “Uraqan”, Ukrayna), Tyaqo Rodriqes (“Yarmuk”, Küveyt) çağırılıb.
13 nəfərə dəvət göndərən yığmamızın braziliyalı baş məşqçisi Joze Alesio Da Silva IV Bakı Beynəlxalq Futzal Turnirinin qalibi olan heyətdən 4-ü heyətdən kənarlaşdırıb. Bunlar yerli futzalçılar – Elnur Qəmbərov (“Araz”), Fərid Atakişiyev, Seymur Məmmədov, Taleh Ağayevdir (hamısı “Ekol”).
Qeyd edək ki, fevralın 24-dən başlayan, qrup qaliblərinin birbaşa vəsiqə qazandığı əsas seçmə mərhələdə rəqiblərimiz İspaniya, Fransa və Qazaxıstan yığmalarıdır.
Mehman SÜLEYMANOV

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0