2 dəfə baha
19.02.2011 - 11:51
2 dəfə baha
UEFA Çempionlar Liqasının final matçının biletlərinin qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin məşhur “Uembli” stadionunda baş tutacaq həlledici qarşılaşmaya ən ucuz bilet 150 funt-sterlinq (təxminən 193 manat) olacaq. Bu da 2 il əvvəlkindən təxminən 2 dəfə bahadır.

Biletləri əvvəlcədən sifariş etmək üçün isə azarkeşlər əlavə olaraq, 26 funt-sterlinq (təxminə 34 manat) ödəməli olacaqlar. Nəticədə UEFA qitənin ən mötəbər yarışının finalına bilet satışından 14 milyon funt-sterliq qazanmağı planlaşdırır.

Qeyd edək ki, Çempionlar Liqasının həlledici qarşılaşması mayın 28-də baş tutacaq.