Vəli Qasımov istəyinə çatdı
22.02.2011 - 00:07
Vəli Qasımov istəyinə çatdı
“Yaş etibarilə bizdən böyük komanda ilə qarşılaşdıq. Rəqibimizin çox güclü komanda olduğunu demək mümkün olmasa da, oyun ərzində istədiyimizə nail olduq”. Apasport.az saytının xəbərinə görə, bunu Almaniyanın TSV “Münhen 1860” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunundan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.

O bildirib ki, əsas məqsəd müdafiəni düzgün qurmaq olub: “Futbolçular bunun öhdəsindən təxminən 80 faiz gəldilər. Verilən tapşırıqları yerinə yetirməyi bacardılar. Topa nəzarət edən tərəf biz olduq. Rəqib oyunun gedişində 15 dəqiqə pressinq tətbiq etmək istəsə də, buna nail ola bilmədi”.