Mahir Şükürov əvəzedici komandaya göndərilib
22.02.2011 - 17:44
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Türkmənistanda debüt matçında 15 dəqiqə oynayıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu Aşqabadda Prezident Kuboku uğrunda XVII beynəlxalq turnirdə İranın “Oqab Qonpad” klubu ilə 1:1 hesablı bərabərliyə qaldıqları qrup oyununda əsas heyətdən kənarda qalıb.
Şükürov 75-ci dəqiqədə Udunyanın yerinə meydana daxil olub. “Anji” 30-cu dəqiqədə cinah yarımmüdafiəçisi İbrahim Mirzəbəyovun vurduğu qolla hesabı açsa da, fasiləyə az qalmış üstünlüyünü əldən verib.
Məlum olduğu kimi, “Anji” Türkiyədə təlim-məşq toplanışındadır. Ancaq əsas futbolçulardan ibarət komandanın Türkmənistana yollandığı deyilsə də, “Anji”nin rəsmi saytında turnirdə gənclərdən ibarət heyətin oynadığı göstərilib.
Yəni bu, əvəzedici çempionatda oynayan komandadır. Həmyerlimiz gənclərdən ibarət heyətin baş məşqçisi Ruslan Ağalarovun rəhbərliyi altında Aşqabada gedib. İranlılarla görüşdə iştirak edən futbolçuların böyük əksəriyyəti gənclərdən ibarət heyətin üzvləridir. Onlardan əsas komandanın futbolçusu kimi yalnız Mahir və nigeriyalı hücumçu İsa Eliakvunu göstərmək olar.
Qeyd edək ki, Şükürov ötən qış Bakının “İnter” klubundan “Anji”yə keçdi.

0
0