Radomir Todorov “Bakı”ya öyrəşməyib
23.02.2011 - 00:12
“Mənim üçün adaptasiya dövrü hələ də davam edir. Bəzi futbolçularla əvvəllər birlikdə oynasam da, komandaya yeni gəldiyim üçün hələ tam öyrəşməmişəm. İnanıram ki, bu mərhələni müvəffəqiyyətlə keçəcəyəm və hər şey yaxşı olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Radomir Todorov deyib.
Uzun müddətdir ölkəmizdə “Xəzər Lənkəran”da oynayan bolqarıstanlı legioner qışda transferə çıxarıldı. Bundan sonra paytaxt təmsilçisinə keçən Todorov hesabat turunda “Turan”la oyunda meydana çıxdı: “Bizim üçün “Turan”la oyunda əsas nəticə idi. Meydanın pis vəziyyətdə olması, gözəl oyun göstərməyə imkan vermirdi. Buna baxmayaraq, bizim çox qol şansımız oldu . Yaxşı ki, qol vurduq və qələbə bizim oldu. AZAl-la oyuna gəlincə, bu qarşılaşma da bizim üçün çox vacibdir. Meydana yalnız qələbə üçün çıxacağıq. Əsas məqsəd xal toplayıb, “altılığ”a düşməkdir. “Altılıq”da hər şey fərqli olacaq. Əvvəllər “Xəzər Lənkəran”da oynamışam və buna görə deyə bilərəm ki, “Bakı”ya qarşı oynamaq çox çətindir”.

0
0