Süleymanovun məsələsi sual altında qalır
23.02.2011 - 14:12
“Milli komandanın seçmə mərhələdəki vəzifəsi Avro-2012-yə vəsiqə qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan Futbol Federasiyasının futzal departamentinin rəisi Lev Kim deyib.
O, Avro-2012-nin seçmə mərhələsinin Bakıda keçiriləcək 1-ci qrup oyunlarında iştirak edəcək qazaxıstanlıların iddialı olduğunu açıqlayıb: “Vəzifəmiz isə həqiqətən çox çətindir. Axı biz “ölüm qrupu”nda mübarizə aparacağıq. Dünyanın ən güclü yığmalarından biri olan İspaniya, meydan sahibləri Azərbaycan və inkişafda olan Fransa ilə mübarizə aparmalıyıq. Komandamızın əsas problemi aparıcı oyunçularımızın zədələnməsidir. Kapitanımız Dinməhəmməd Süleymanovun Bakıda oynayıb-oynamayacağı hələ də sual altında qalır. Dauren Nurqojina və Aleksandr Dovqanın isə oynayacağı inandırıcı deyil”.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı sabah keçiriləcək.

0
0