Kapitan AZAL-a “ilişdi”
03.03.2011 - 00:19
“90 dəqiqə biz oynadıq, ancaq AZAL qələbə qazandı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun kapitanı Vurğun Hüseynov deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında “Turan”ı qəbul edən AZAL rəqibdən üstün oyun nümayiş etdirməsə də, meydanı qalib tərk edib. Birinci hissədə Yuşka və Kvirtiya ilə Tovuz təmsilçisinin qapısına yol tapan paytaxt təmsilçisi bir həftə sonra keçiriləcək səfər oyunu öncəsi üstünlük qazanıb. Ancaq əyalət təmsilçisinin kapitanı hesabın ədalətli olmadığını qeyd edib: “Oyunda üstünlük tərəfimizdə idi. Real qol epizodlarını da biz yaratdıq və istifadə edə bilmədik. Ancaq bəsit səhvlər buraxdıq ki, AZAL-da bundan maksimum yararlandı”.
Yığmamızın da formasını geyinən futbolçu cavab oyununda bu yenilginin əvəzini çıxmağa çalışacaqlarını qeyd edib: “Heç nə bitməyib. İşimizi çətinləşdirsək də, qarşıda 90 dəqiqə var. Lazım olan nəticəni qazanacağımıza inanıram”.

0
0