“Xəzər Lənkəran”dan Karlos Alberto Parreyranın sabiq komandasına
03.03.2011 - 16:42
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Kristian Kabral özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı braziliyalı karyerasını vətənində davam etdirəcək.
Yarımmüdafiəçi B seriyasında çıxış edən “Braqantino” klubuna keçib ki, artıq bu həftə yeni komandasında debüt də edə bilər. Belə ki, Kabralın yeni klubu martın 5-də San-Paulu ştatının birinciliyində növbəti matçını keçirəcək.
Qeyd edək ki, Kabral 2010-cu ilin yanvarından dekabrınadək “Xəzər Lənkəran”da çıxış edib. Onun yeni komandası isə daha çox keçmişi ilə öyünür. Əslində, böyük uğurları olmayan “Braqantino” yalnız sabiq baş məşqçiləri siyahısında Karlos Alberto Parreyra və Vanderley Luşemburqunun olması ilə fəxr edə bilər.

0
0