Toni Adamsın “99”u
07.03.2011 - 13:45
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə cavab oyunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ingiltərəli futbol əfsanəsi baş məşqçilik karyerasında 100-cü oyuna çıxacaq.
45 yaşlı mütəxəssis Bakıdakı oyuna hesabında 99 matçla gəlir. Adams bu “99”u paytaxtda qoyub, yubileylə qayıdacaq.
Bu qarşılaşma britaniyalı üçün “Qəbələ”nin baş məşqçisi postunda 25-ci görüşdür. Azərbaycan Premyer Liqasının 22 oyunu ilə yanaşı, 2 dəfə də onun yetirmələri kubok matçına çıxıblar. Lakin bu 24 oyun Adamsın baş məşqçilik karyerasını tam əks etdirmir. Çünki vətənində də iş başında olub.
2003-cü il noyabrın 5-dən növbəti noyabrın 9-dək “Uikomb”in “sükanı arxasında” olan Adams bu komandanı 53 oyuna çıxarmışdı. Sonradan “Portsmut”la anlaşan mütəxəssis 2008-ci il oktyabrın 28-dən 2009-cu il fevralın 8-dək iş başında olub. Bu müddətdə “göylər” 22 qarşılaşmaya çıxıblar.
Bir sözlə, İngiltərədə 75 oyuna baş məşqçi kimi çıxan Adams bu rəqəmi Azərbaycanda 100-ə çatdırır.

0
0