“Neftçi”nin sabiq müdafiəçisi I diviziondan da qovuldu
09.03.2011 - 15:20
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Taavi Ryahn yenə komandasız qalıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi tərk etdikdən sonra Rusiyanın aşağı dəstəsində “Baltika”da “peyda olan” estoniyalı müdafiəçi Kalininqrada təmsilçisinə də lazım olmayıb. Rusiyalılar legioneri transferə çıxarıblar.
“Baltika” rəhbərliyi bu addımı futbolçunun milli komandanın üzvü olması ilə izah ediblər. Belə ki, milli komandaların oyunları vaxtı I divizionda fasilə yaranmır və müdafiəçi yığmanın düşərgəsində olduğu vaxt klubuna kömək edə bilmir. Belə vəziyyətlə razılaşmayan kalininqradlılar daim güvənə biləcəkləri yerli oyunçunu heyətə qatmağı daha məqsədəuyğun sayır.
Qeyd edək ki, Ryahn ötən mövsüm Azərbaycan Premyer Liqasında 19 oyun keçirir.

0
0