Rauldan daha bir rekord
10.03.2011 - 13:06
İspaniya futbolunun əfsanəsi Raul Qonsales daha bir rekordun müəllifi olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Valensiya” ilə oyunu 34 yaşlı hücumçu üçün əlamətdar olub. Almaniyanın “Şalke” komandasında çıxış edən Raul avrokuboklarda 140-cı oyununu keçirib. Bununla da o, italiyalı Paolo Maldiniyə məxsus rekordu yeniləyib. “Milan”ın əfsanəsi avrokuboklarda 139 görüşə çıxmışdı.
Qeyd edək ki, 140 matçdan 132-ni “Real”da keçirən Raul “Valensiya” ilə ilk matçda da rekorda imza atmışdı. Həmin oyunda o, avrokuboklarda 70-ci qolunu vurmaqla digər əfsanə Herd Mülleri arxada qoymuşdu.

0
0