Elxan Məmmədov Fransaya yollandı
11.03.2011 - 10:41
Martın 11-12-də Fransanın Strasburq şəhərində xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin beynəlxalq forumunun «Azərbaycan 20 – Baxış 2020» adı altında forumu keçiriləcək. Apasport.az saytının məlumatına görə, xarici ölkələrdə təhsil alan və məzun olmuş tələbələrin, xarici ölkələrdə yaşayan və işləyən azərbaycanlı gənclərin, millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və səfirlərin qatılacağı forumda AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edəcək.
Forumda «Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları», «İnsan kapitalı – Azərbaycanın inkişaf prioriteti», «Gənclik və ictimai diplomatiya» və «Azərbaycançılıq – gələcək naminə birlik» mövzuları üzrə müxtəlif müzakirələr aparılacaq və gələcək fəaliyyət istiqamətləri müəyyənləşəcək.
Forumun əsas məqsədi xaricdə təhsil alan və məzun olmuş gənclərin potensialını Azərbaycanın maraqlarını dünya ictimaiyyətinə çatdırılmasına və lobbi işlərinin gücləndirilməsinə yönəltməkdir.
Mənbə: affa.az

- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0