Rəşad Sadıqovun məsləhəti
11.03.2011 - 11:55
“Çempiona qarşı oynayacağıq. “İnter” derbilərdə yaxşı çıxış edir və istədiyi nəticəni qazanır. Bizim üçün heç-heçə də yaxşı nəticə olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.
Qışda yenidən Ağdam təmsilçisinin düşərgəsinə dönən təcrübəli futbolçu ilk “altılıq” oyunlarına uğurlu başlamaq istədiklərini bildirib. Buna görə sabah “Şəfa”da baş tutacaq matçda əsas məqsəd uduzmamaqdır.
Antalyada yaxşı toplanış keçdiklərini vurğulayan Sadıqov orda yalnız “İnter”lə oyuna hazırlaşmadıqlarını söyləyib: “Tək “İnter”lə deyil, “altılığ”ın digər oyunlarına da hazırlaşdıq. Yaxşı fiziki və taktiki məşqlər keçdik”.
Yığmanı kapitanı son günlər medianın gündəmini zəbt edən “Neftçi” - “Xəzər Lənkəran” dueli barədə də fikirlərini açıqlayıb. Gələcək rəqibləri haqda danışarkən, müdafiəçi hər iki komandanın favorit olduğunu qeyd edib: “Hər ikisi favoritdir. Çempionluğa layiq olduqlarını göstərdilər. Azərbaycanda futbolun inkişaf etmədiyini deyənlərə hər iki oyunu izləməyi məsləhət görərdim - sürət, texnika. Sanki hansısa Avropa oyununu izləyirsən. Meydan amilinin də böyük rolu var”.
Bununla belə futbolçunun narazı qaldığı məqamlar da var: “Gəlin, futbolun gözəlliyindən danışaq. Bu gün hər kəs hakimlikdən danışır. Hakim də insandır. Səhv edə bilər. Bizə qarşı da səhv edəcəklər. Onları təzyiq altında saxlamaq olmaz. İndi “Xəzər Lənkəran” – “Neftçi” oyununu idarə edəcək hakimin hansı vəziyyətdə olacağını düşünün. Klublarımız inkişaf edir. Ötən illə müqayisədə böyük fərq var. Az da olsa inkişaf var, irəli addımlar atılır. Təklifim odur ki, futbolun gözəlliyindən danışaq”.
Sadıqov “Neftçi” və “Xəzər Lənkəran”ın favorit göstərilməsinin Ağdam təmsilçisinin işinə yarayıb-yaramayacağını da öyrəndik: “Onlar həqiqətən də favoritdilər. 5-6 xal fərqimiz var. Ötən il “İnter”dən 1 xal geri qalırdıq. Sona qədər də bu fərqi aradan qaldıra bilmədik. Nəticədə çempion oldular. “Altılıq” oyunlarında bu fərqi əritmək çox çətindir. Ancaq avrokuboklarda Azərbaycanı təmsil etmək istəyirik. Komandanın qarşısına bu məqsəd qoyulub”.

0
0