“Fənərbaxça”nın futbolçusu qız zorlamaqda ittiham olunur
12.03.2011 - 11:37
“Fənərbaxça” klubunun futbolçusu Mamadu Nyanqın adı zorlamada hallanır. Apasport.az saytının məlumatına görə, fransız həmkarlarımız “Marsel”in hücumçusu Brandaonun qıza təcavüz olayında tək iştirak etmədiyini bildirib. Həmin vaxt braziliyalının iki komanda yoldaşı yanında olub ki, bunlardan biri “Marsel”də vaxtilə birgə oynadığı Nyanqdır. Həmin qızın polisə şikayəti nəticəsində Brandao tutulsa da, sonradan buraxılıb. Futbolçu qarşı tərəfin öz istəyi ilə avtomobildə cinsi əlaqə olduğunu bildirib. Bu, qızı bardan evinə ötürərkən, yolda olub.
Qeyd edək ki, Nyanq kapitanı olduğu “Marsel”i ötən yay “Fənərbaxça”ya dəyişdi.
Qeyd edək ki, Nyanq kapitanı olduğu “Marsel”i ötən yay “Fənərbaxça”ya dəyişdi.
0
0