Georgi Hacı Milan Baroşu qovdu
12.03.2011 - 12:10
Georgi Hacı Milan Baroşu qovdu
“Qalatasaray” klubunun son məşqində qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, komandanın rumıniyalı baş məşqçisi Georgi Hacı çexiyalı hücumçusu Milan Baroşu məşqdən qovub. Baroş hazırlıqda Hacı hər qərarına etirazını bildirib. Bu durum həm məşqçi heyəti, həm də futbolçuları narahatçılıq yaradıb.

Ancaq əsl olay ikitərəfli oyunda baş verib. Bir müddət əsas komandada oynayan Milan daha sonra rumıniyalı çalışdırıcı tərəfindən ehtiyat heyətə göndərilib. Hacının hakimlik etdiyi matçda onun qərarlarına etiraz etməkdə davam edən çexiyalı sonda onun “səbir kasasını daşdırıb”. Belə ki, “Karpat Maradona”sıl üzünü Baroşa tutaraq, “Burada baş məşqçi kimdir? Sənmisən, mənmiyəm?” deyərək, onu məşqdən qovub. Buna çox əsəbiləşən Milan öncə trenajor zalında çalışıb, ardından əsəbi şəkildə maşını ilə bazadan yüksək sürətlə çıxıb.

Qeyd edək ki, rəhbərlik Baroşun cəzasını müəyyənləşdirmək üçün prezidenti Adnan Polatın İstanbula qayıtmasını gözləyir. Onlar məsələ ilə bağlı açıqlamasında bildirib ki, Hacı bu məsələ ilə bağlı raportunu İdarə Heyətinə göndərib və qərar ən qısa zamanda açıqlanacaq.
0