105 gündən sonra gözlənilməz zərbə
14.03.2011 - 12:34
AZAL Azərbaycan Premyer Liqasında uzun müddətlik sindroma son qoyub. Apasport.az saytının hesablamalarına görə, “təyyarəçilər” çempionatda 105 gündən sonra qələbə sevinci yaşadı.
Özü də bu, martın 13-də çempionluğa iddialı “Xəzər Lənkəran” üzərində qazanıldı və qış fasiləsində heyətini gücləndirdikdən sonra yüksəlişdə olan komanda üçün gözlənilməz zərbə oldu. “Şəfa” stadionundakı görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Çempionatda 7 oyundur qələbə üzünə həsrət qalan AZAL sonuncu dəfə XV turda noyabrın 28-də səfərdə “Turan”a 2:1 hesabı ilə qalib gəlmişdi.
AZAL indiyədək “Xəzər Lənkəran”ı səfərdə yenə bilməsə də, evdə buna nail olub. Özü də maraqlıdır ki, “Şəfa”dakı həmin matçların hamısı 1:0 hesabı ilə nəticələnib. AZAL hələ “Olimpik” adlanan dövrdə ölkə kubokunun 1/4 finalında cənub təmsilçisini evdə yenə bilməsə də, səfərdə 0:2 hesabı ilə uduzduğundan, kənarda qaldı. AZAL “Olimpik-Şüvəlan” adlandığı ötən mövsümün ilk dövrəsində “Xəzər Lənkəran”ı üstün oldu. Ancaq bunlar Əsgər Abdullayevin baş məşqçiliyi dövründə qazanılmışdı. Nazim Süleymanov ilk baş məşqçisi olduğu “Xəzər Lənkəran”ı birinci dəfə üstələdi.
Qeyd edək ki, AZAL-ın qələbə topunun müəllifi olan bolqar hücumçu Enyo Krastovçev ölkəmizdə ilk qolunu vurdu.

0
0