Feliks Maqat istefaya göndərildi
16.03.2011 - 16:21
Feliks Maqat istefaya göndərildi
“Şalke”nin baş məşqçisi Feliks Maqat istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi alman mütəxəssislə əməkdaşlığı dayandırmağı qərara alıb.

İndi müqavilənin pozulması ilə bağlı hüquqi məsələlər həll olunur. İstefanın səbəbləri Maqatın rəhbərliklə fikir ayrılığı, azarkeşləri gərgin münasibətləridir. İkinci mövsümdür “Şalke”də işləyən mütəxəssis Bundesliqada uğursuz çıxışının qarşısını ala bilmədi. Ancaq Maqat komandanı Almaniya kubokunun yarımfinalına, Çempionlar Liqasına ¼ finalına çıxara bilib.

Qeyd edək ki, “Şalke”nin yeni baş məşqçisi olmağa əsas namizəd digər təcrübəli mütəxəssis, Yunanıstan yığmasını 2004-cü ildə Avropa çempionu edən, hazırda işsiz Otto Rehageldir.