Mpenza klub rəhbərliyindən pulunu ala bilmir
16.03.2011 - 16:43
Belçikanın “Muskron” klubunun sabiq rəhbəri Veronika van Akerin məhkəməsi başa çatıb. Apasport.az saytının məlumatına görə, futbol sahəsində çalışdığı vaxt fırıldaqçılıqla məşğul olduğu iddia edilən xanım müflis elan olunub.
Ətrafındakıların etimadından sui-istifadə edərək, pulların yuyulmasında, saxta sənəd hazırlamaqda ittiham olunan Veronikanın “qurban”ı olan futbolçular isə məhkəmədən məyus ayrılıblar.
Belə ki, Belçika yığmasının sabiq futbolçuları Mbo Mpenza və Luici Pyeroni xanımın onlara ödəməli olduğu paranı yenə ala bilməyib. Veronika Mpenzaya 340, Pyeroni 100 min avro “atıb”. Futbolçular məhkəməyə 30-a yaxın şahid gətirsə də, müflis olması üzə çıxan xanımın bu məbləği ödəməsi mümkün olmayıb. Artıq hər 2 futbolçunun əlindən vaxtilə “Muskron”da oynadığı üçün peşmançılıqdan başqa heç nə gəlmir.
Qeyd edək ki, Mbo Bakının “Neftçi” klubunun futbolçusu Emil Mpenzanın böyük qardaşıdır.

0
0