Diniyev avtoqol etdi
16.03.2011 - 17:12
Diniyev avtoqol etdi
Bu gün əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında XXIV tura start verilib. Apasport.az saytının məlumatına görə, “Neftçi” AZAL-la səfər oyununda əzmkar qələbə qazanıb. Bu görüş “Neftçi”nin futbolçusu Kərim Diniyev üçün uğursuz olub. Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin böyük oğlu avtoqol imza atıb.

AZAL - "Neftçi" – 3:4
Kərim Diniyev, 8-öz qapısına, Namiq Abdullazadə, 65, Elgün Abbaslı, 75 - Yasin Yaqubzadə, 7, İlham Allahverdiyev, 45, 55, Ağabala Ramazanov, 86

Qeyd edək ki, nəticə komandaların turnir cədvəlində yerinə təsir etməyib və AZAL 4-cü, “Neftçi” 6-cı pillədə qalıb.