“İnter”dən böyük hesablı qələbə
16.03.2011 - 17:38
“İnter”dən böyük hesablı qələbə
Əvəzedici heyətlər arasında Azərbaycan çempionatının XXIV turunun bu günə nəzərdə tutulan oyunları yekunlaşıb. Apasport.az saytının məlumatına görə, "Qəbələ” evdə "İnter"ə böyük hesabla uduzub.

Qonaqların qələbəsindən əsas pay sahibi het-trik edən Elnur Abdulov olub. Meydan sahiblərinin yeganə qoluna əsas komandada da oynayan təcrübəli yarımmüdafiəçi Namiq Əliyev imza atıb. “Qəbələ” belə nəticəyə baxmayaraq, 3-cü pillədə mövqeyini qoruyub, “İnter” isə 6-cı yerdə qalıb.
Qeyd edək ki, bu gün digər görüşdə də qonaqlar sevinib. Bu, “Neftçi”nin AZAL-ı 4:3 hesabı ilə yendiyi oyundur.

"Qəbələ" - "İnter" – 1:4
Namiq Əliyev, 47 - Elnur Abdulov, 13-pen, 53, 73, Aleksandr Qross, 75