Yığmamızın oyunlarının vaxtı dəqiqləşdi
16.03.2011 - 17:43
Yığmamızın oyunlarının vaxtı dəqiqləşdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 22-dən 30-dək İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, toplanış çərçivəsində yığmamızın keçirəcəyi 3 yoldaşlıq oyununun keçirilmə günü və başlama saatı müəyyənləşib.

24 mart
19:00. Azərbaycan U-21 – Qvineya U-21

26 mart
Azərbaycan U-21 – UD Marbelya (III divizion, əsas komanda)

29 mart
19:00. Azərbaycan U-21 – Rusiya U-21

Qeyd edək ki, Bernart Lippertin yetirmələri hər üç oyunu Marbelya Futbol Mərkəzində keçiriləcək. Azərbaycan U-21 – UD Marbelya oyununun başlanma saatı isə hələ dəqiqləşməyib.

Mənbə: affa.az