Saviola sərxoş çıxdı
16.03.2011 - 17:57
Tanınmış argentinalı futbolçu Xavyer Saviola həbs olunub. Apasport.az saytının məlumatına görə, polis Portuqaliyanın “Benfika” klubunun hücumçusunu avtomobili sərxoş idarə etdiyi üçün tutub. Xavyerdən alkoqolla bağlı götürülən analiz bunu təsdiqləyib. Özü də spirtin dozası müəyyənləşən normadan bir neçə dəfə çox olduğunu göstərib. İndi Xavyeri sürücülük vəsiqəsindən 3 aylığa məhrum olunmaq təhlükəsi gözləyir.
0
0