Çempionlar Liqasının 1/4 finalçıları müəyyənləşdi
17.03.2011 - 09:37
Çempionlar Liqasının 1/4 finalçıları müəyyənləşdi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son 1/4 finalçılar “Real” və “Çelsi” komandaları olub.

Madridlilər son illər məğlub edə bilmədiyi “Lion”dan qisas alıb. “Çelsi” isə səfərdə inamlı qələbə qazandığından, cavab oyununa ciddi yanaşmayıb. Debütant “Kopenhagen”lə Londonda qeydə alınan qolsuz bərabərliyi bunun nəticəsi saymaq olar.

Qeyd edək ki, 1/4 finalda ən çox İngiltərənin təmsilçidir – 3. Yəni, “Çelsi”yə qədər “Mançester Yunayted”lə “Tottenhem” də bu mərhələyə çıxıb. İspaniya 2 (“Real” və “Barselona”), İtaliya (“İnter”), Almaniya (“Şalke”), Ukrayna (“Şaxtyor”) 1 komanda ilə təmsil olunub. 1/4 final mərhələsinin püşkü sabah atılacaq.


15 mart

“Bavariya” (Almaniya) – “İnter” (İtaliya) – 2:3
Qomes, 21, Müller, 31 – Eto’O, 4, Sneyder, 63, Pandev, 88
İlk oyun – 1:0

“Mançester Yunayted” (İngiltərə) – “Marsel” (Fransa) – 2:1
Ernandes, 5, 75 – Braun, 82-öz qapısına
İlk oyun – 0:0

16 mart
“Real” (İspaniya) – “Lion” (Fransa) – 3:0
Marselo, 37, Benzema, 66, Di Mariya, 76
İlk oyun – 1:1

“Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka) – 0:0
İlk oyun – 2:0
0