7 illik tilsim qırıldı
17.03.2011 - 10:39
Madrid “Real”ı UEFA Çempionlar Liqasında 7 illik tilsimi qırıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu” uzun fasilədən sonra 1/4 finala çıxdı. Özü də bu, ona qənim kəsilən Fransanın “Lion” klubu ilə görüşdə reallaşdı.
Komandalar 2005-ci ilin payızından başlayaraq, ÇL-də 8-ci dəfə görüşürdülər. “Real” arxada qalan 7 oyunun heç birində “Lion”a qalib gələ bilməmişdi. Fransada 0:3, 0:2, 0:1 hesabı ilə uduzan madridlilər yalnız ilk 1/8 final oyununda bərabərliyə qalmışdı – 1:1. “Real” “Lion”la ev oyunlarında isə bərabərliklə imza atırdı (2 dəfə 1:1, 1 dəfə 2:2). “Kral klubu”nun 8-ci cəhddə qazandığı qələbə inamlı oldu – 3:0.
ÇL-in ən çox qalibi olan “Real” 2005-ci ildən başlayaraq 1/8 final sindromunu aşa bilmirdi. Madridliləri 2005-ci ildə “Yuventus (səfərdə 0:2, evdə 1:0), 2006-cı ildə “Arsenal” (səfərdə 0:0, evdə 0:1), 2007-ci ildə “Bavariya” (səfərdə 1:2, evdə 3:2), 2008-ci ildə “Roma” (səfərdə 1:2, evdə 1:2), 2009-cu ildə “Liverpul” (səfərdə 0:4, evdə 0:1), 2010-cu ildə “Lion” (səfərdə 0:1, evdə 1:1 ) mübarizədən kənarlaşdırmışdı. “Real” bunadək sonuncu dəfə 2004-cü ildə 1/4 finala çıxmışdı. Bu, “Bavariya” ilə oyunda (səfərdə 1:1, evdə 1:0) reallaşmışdı. Ancaq “Kral klubu” elə 1/4 finalda Fransanın “Monako” klubu tərəfindən yenilmişdi – səfərdə 1:3, evdə 4:2.
Maraqlıdır ki, həmin mövsümdə heç kimin gözləmədiyi halda finala kimi irəliləyən “Monako”ya “Real”in indiki baş məşqçisi Joze Mourinyo qalib gəlmişdi. Portuqaliyalı mütəxəssisin çalışdırdığı “Porto” həlledici oyunda böyük hesabla qələbəyə sevindi – 3:0. Ötən mövsüm İtaliyanın “İnter” klubu ilə ÇL-in qalibi olan Mourinyo bu dəfə “Real”ın həsrətinə son qoydu. Hər halda, “İnter” də uzun müddət ÇL-in qalibi ola bilmirdi. İndi Mourinyoya “Real”la 2-ci tilsimi qırmaq qalıb. Bu da elə turnirin qalibi olmaqla bağlıdır. “Kral klubu” 2002-ci ildən bu yana ÇL-i qazana bilmir.
Mehman SÜLEYMANOV

0
0