“İnter”in futbolçusu Qoran Pandevin yanına çağırıldı
17.03.2011 - 11:08
Bakının “İnter” klubunun futbolçusu Filipp Despotovski Makedoniya yığmasından növbəti dəvət alıb. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Mirsad Yonuz cari mövsümdən ölkəmizdə oynayan yarımmüdafiəçini martın 26-da İrlandiya ilə Dublindəki rəsmi oyuna çağırıb. Onun bunadək “Neftçi”nin futbolçuları – müdafiəçi İqor Mitreski ilə yarımmüdafiəçi Slavço Georgiyevskini çağırması açıqlanmışdı.
Yonuz Bakı ilə yanaşı, Milanın “İnter” klubunun futbolçusuna da dəvət göndərib. Bu, hazırda Makedoniyanın ən güclü futbolçusu, yığmanın lideri olan hücumçu Qoran Pandevdir. Filipp Premyer Liqamızda Qoranın kiçik qardaşı, Salyanın “Muğan” klubunun yarımmüdafiəçisi Saşko Pandevə rəqibdir.
Qeyd edək ki, yığmaya çağırılan makedoniyalı futbolçular martın 21-də vətənlərində təlim-məşq toplanışına yığışırlar. Bundan 3 gün sonra isə milli İrlandiyaya səfərə yollanacaq.

0
0