“Gəncə” “Neftçi”yə çatdı
18.03.2011 - 15:46
“Gəncə” “Neftçi”yə çatdı
Azərbaycan Premyer Liqasının 2010/11 mövsümündə 4-cü avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Gəncə” klubunun kapitanı Azər Məmmədov “Simurq”la oyunun 1-ci hissəsində topu öz qapısına vurub.

35 yaşlı veteran futbolçu bununla da komandasının mövsümdəki ilk uğursuzu olub. Məmmədov həm də 2010/11 mövsümündə qapıları səhv salan ilk yerli oyunçudur. Belə ki, bunadək qeydə alınan hər 3 avtoqol paytaxt komandalarının hesabında idi.

İndiyədək “Bakı”nın üzvlərindən Dare Nibombe MOİK, Stefan Borbikoni “İnter”i sevindirmişdi. “Neftçi”nin arxa xətt oyunçusu Denis Silva isə “Bakı” üçün qol vurmuşdu. Göründüyü kimi, “Gəncə” avtoqol sayında “Neftçi”yə çatdı, “Bakı”ya qədər isə hələ var.
0