Qurban Qurbanov: AZAL qalib də gələ bilərdi
18.03.2011 - 18:06
Qurban Qurbanov: AZAL qalib də gələ bilərdi
"Çox vacib 3 xal qazandıq. AZAL bu gün ancaq tərifə layiq idi, sonadək mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

39 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXIV turunun AZAL-la qarşılaşması (1:0) haqda fikirlərini açıqlayıb: “Hər iki hissəyə pis başladıq, lakin hissənin ortalarından daha yaxşı oynadıq. AZAL qalib də gələ bilərdi. Müəyyən səhvlərimiz oldu. Lakin komandam sonadək mübarizə apardı, futbolçularımı təbrik edirəm. Qarşıda hələ 8 tur var".
0