“Mənə Aleks Ferqyusson gözü ilə baxırlar”
20.03.2011 - 13:15
“Mənə Aleks Ferqyusson gözü ilə baxırlar”
“Bir vaxtlar çalışdırdığım “Rapid” klubunun durumu heç də yaxşı deyil. Baş məşqçi Şumudikanın istefası qaçılmazdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Rumıniya mətbuatına açıqlama verən mütəxəssis baş məşqçi dəyişikliyi gözlənilən Buxarestin “Rapid” klubuna qayıdışını mümkünsüz sayır: “Bilirəm ki, Buxarestdə çoxları mənə Aleks Ferqyuson gözü ilə baxır, yayda qayıtmağımı istəyirlər. Lakin mən hələ 2 il Azərbaycanda çalışacağam”.

Rednik Azərbaycana gətirdiyi futbolçuları da tərifləyib: “Rumıniyadan transfer etdiyim oyunçulardan çox razıyam. Onlar “Xəzər Lənkəran”a yaxşı uyğunlaşıblar. Biz orada xoşbəxtik. Rəhbərliyim altında elə oyunçular var ki meydanda səviyyə fərqini ortaya qoya bilirlər”.
0