“Bakı” Superliqa klubları ilə oynayacaq
22.03.2011 - 11:53
"Bakı" Premyer Liqada yaranan fasilə ilə əlaqədar bu gün Türkiyənin Antalya şəhərinə bir həftəlik təlim-məşq toplantısına yollanır. Apasport.az saytının xəbərinə görə, komanda üzvləri hazırlıq dövründə "Popilon Ayscha" otelində məskunlaşacaqlar.
Toplanış ərzində iki yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Martın 25-də "Bakı" Türkiyə Superliqasında mübarizə aparan “İstanbul BB” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
İkinci yoldaşlıq görüşü də Türkiyə Superliqasında mübarizə aparan komandalardan birinə qarşı keçiriləcək. Martın 27-də nəzərdə tutulan oyunda rəqibin adı yaxın günlərdə dəqiqləşdiriləcək.

0
0