Qurban Qurbanov 17 futbolçu ilə qalıb
23.03.2011 - 13:41
Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XXV turunun hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, 3 günlük istirahətdən qayıdan baş məşqçi Qurban Qurbanov və yetirmələri “Sərin” istirahət mərkəzinin idman meydançasında məşq edirlər. Lakin ağdamlılar tam heyətlə hazırlıq keçə bilmir. Fərhad Vəliyev, Rəşad Sadıqov, Elvin Məmmədov, Vüqar Nadirov, Rauf Əliyev Azərbaycan, Admir Teli, Ansi Aqolli Albaniya, Andrey Rubin Latviya yığmasının düşərgəsində olduğundan hazırlıqlarda iştirak etmir. Bu səbəbdən Qurbanov məşqlərini cəmi 17 futbolçu ilə davam etdirir.
Mənbə: qarabagh.com
Mənbə: qarabagh.com
0
0