“Onlardan çox şey öyrənə bilərik”
25.03.2011 - 10:10
"Əlbəttə, əsas komandanın heyətində məşqə çıxmaq hər bir gənc futbolçunun arzusudur”. Apasport.az-ın məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun rəsmi saytına açıqlamasında komandanın əvəzedici heyətinin üzvü Nicat Qurbanov deyib. Bir sıra əsas heyət oyunçusunun milli komandalarda olması üzündən “ağ-qaralar”ın məşqlərini qatılan əvəzedici buna sevindiyini açıqlayıb: “Sağ olsun klub rəhbərliyi, məşqçilər korpusu bizi daim diqqətdə saxlayır. Bu bizim məsuliyyətimizi daha da artırır".
Əsas komanda ilə hazırlıq keçən əvəzedici heyətin digər oyunçuları da təəssüratlarını klubun saytı ilə bölüşüb. Gənc hücumçu İlham Allahverdiyev də məşqlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlarını deyib: "Əsas komandanın məşqlərinə cəlb edilməyimiz, bizə göstərilən diqqət və qayğının nəticəsidir. Bu məşqlərdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bizim kimi gənclərə, böyük təcrübəyə malik futbolçularla birlikdə məşq etmək, böyük xeyir verəcək".
Ağabala Ramazanov bunun faydalı olacağını düşünür:"Neftçi”nin heyətində bir çox səviyyəli yerli və legioner futbolçu yer alır. Biz belə məşqlər zamanı onlardan çox şey öyrənə bilərik. Məhz əsas komandanın heyətində keçirdiyimiz məqşlərdə nəyə qadir olduğumuz üzə çıxır".
17 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Elşən Abdullayev əsas komandanın məşqlərində özünü göstərməyin vacib olduğunu düşünür:"Bizə etimad göstərib əsas komandanın məşqlərinə cəlb ediblər. Artıq burada özünü yaxşı tərəfdən göstərmək vacibdir. Çünki bizim əsas istəyimiz gələcəkdə "Neftçi"nin əsas komandasının şərəfini qorumaqdır. Bunun üçün isə bizim üçün lazımi şərait yaradılıb".

0
0