Emil Mpenzanın komanda yoldaşına 8 ay iş verdilər
25.03.2011 - 11:00
Emil Mpenzanın komanda yoldaşına 8 ay iş verdilər
İngiltərənin “Mançester Siti” klubunun sabiq futbolçusu Kelvin Etuhuya hökm oxunub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı nigeriyalı 8 ay həbs cəzası alıb.

Bu ilin fevralında Mançesterdəki barlardan birində içkili vəziyyətdə qalmaqal yaradan hücumçu hərəkətlərinin layiqli qiymətini alıb. Həmin vaxt bara gələnlərdən biri ilə əvvəl içəridə, sonra küçədə dalaşan Kelvin onu yerə yıxıb o qədər təpikləmişdi ki, nəticədə zərərçəkənin çənəsi qırılmışdı.

Məhkəmə zamanı günahını etiraf edən afrikalı 2006-cı ildən mançesterlilərin oyunçusu olan Etuhu əksər hallarda müxtəlif komandalarda icarədə olub. Sonda isə “Mançester Siti” onunla müqaviləni də pozub.

Qeyd edək ki, Kelvin 2007/08 mövsümünü klubun əsas heyətində keçirib. Bakının “Neftçi” klubunun futbolçusu Emil Mpenza da həmin vaxt şəhərlilərin şərəfini qoruyaraq Kelvinlə komanda yoldaşı olub.
0