Avstriya ilə oyunda dubl edən futbolçu iddialı danışdı
26.03.2011 - 15:04
“Biz qələbə üçün mübarizə aparırdıq. Bunu qazandığımız üçün şadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika milli komandasının futbolçusu Aksel Vitsel deyib.
Avro-2012-nin seçmə mərhələsinin hesabat turunda Avstriya ilə görüşdə dubl edən yarımmüdafiəçi martın 29-da baş tutacaq –Belçika - Azərbaycan oyunu ilə bağlı fikirlərini açıqlayıb: “Avstriya 2:0 hesabı ilə qalib gəlməyimiz yerinə düşdü. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmışıq. Amma arxayınlaşmamalıyıq. Azərbaycan milli komandası ilə qarşılaşmada da eyni uğuru təkrarlamalıyıq. Bu bizim üçün vacibdir”.
Qeyd edək ki, Belçika yığması Avstriyanı məğlub etdikdən sonra turnir cədvəlində II pilləyə yüksəlib.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0