“Hamıya sübut etməliyik ki, yığmamız yaşayır”
30.03.2011 - 13:59
“Avstriya və Azərbaycanla qarşılaşmalarda göstərdiyim oyundan razı qaldım. Bu, mənim seçmə mərhələlərdə ilk matçlarım idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin futbolçusu Naser Şadli deyib.
22 yaşlı cinah yarımmüdafiəçisi Belçika yığmasında bu il debüt edib. Bu da ötən ay Finlandiya ilə yoldaşlıq oyununa təsadüf edib. Seçmə mərhələnin debütantı Azərbaycanla oyundan sonra ilk 2 qarşılaşma haqda fikirlərini açıqlayıb: “Hər 2 matçda yaxşı futbol nümayiş etdirdik. Yüksək məhsuldarlığın da olması sevindiricidir. Biz hamıya sübut etməliyik ki, Belçika yığması yaşayır”.
Hollandiyanın “Tvente” klubunda yığmamızın hücumçusu Vaqif Cavadovla komanda yoldaşı olmuş Şadli artıq yığmanı düşünmür: “Millilərin oyunları bitdi. İndi bütün fikrimizi ölkə çempionatına yönəltməliyik. Bu həftə PSV ilə keçirəcəyimiz oyun çempionluğun taleyini həll etdiyindən qalib gəlməliyik”.

0
0