Elnur Allahverdiyev: Səslənən tənqidlər mənə də aiddir
30.03.2011 - 14:31
“Komandada yerimin görünüb-görünmədiyini deyə bilmərəm. Bunu kənardan baxanlar desələr, daha yaxşıdır. Ancaq fikrimcə, meydanda olsaydım, yığmaya köməyim dəyərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin müdafiəçisi Elnur Allahverdiyev deyib.
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində dünən Belçika ilə qarşılaşan komandamız cari tsikldə üçüncü böyük hesablı məğlubiyyətlə üzləşdi. Təbii ki, yığmamızın oyuna itkilərlə çıxması da təsirsiz ötüşmədi. Almaniyada keçirilən toplanışa çağırılan Allahverdiyev Brüsseldəki matçda zədə üzündən iştirak edə bilmədi. Nəticədə baş məşqçi Berti Foqts onun Bakıya dönməsinə şərait yarardı.
Görüşü televiziyadan izlədiyini deyən müdafiəçi Belçikanı Avropanın ən güclü 4-5 komandasından biri hesab edir: “Rəqib taktiki cəhətdən səhvsiz oynadı. Nə müdafiədə, nə yarımmüdafiədə, nə də hücumda səhvə yol verdi. Bu gün Avropada formada olan 4-5 komandadan biridir. Yığmamız penaltiyə qədər yaxşı oynadı. 11 metrlik cərimə zərbəsi sanki uşaqları sındırdı”.
Məğlubiyyətə görə məyus olduğunu bildirən müdafiəçi tənqidlərin onun ünvanına da gəldiyini qeyd edib: “Bu yenilgiyə görə səslənən tənqidlər mənə də aiddir. Çünki mən də yığmanın üzvüyəm. Həqiqətən də çox məyusam”.
“Xəzər Lənkəran”ın şərəfini qoruyan Allahverdiyev bu gün axşam saatlarında həkim müayinəsindən keçəcək. Böyük ehtimalla “Bakı” ilə matça çıxmayacaq futbolçunun diz bağlarında problem var: “Müayinədən sonra hər şey dəqiqləşəcək. İlk variant budur ki, diz bağlarım əzilib. Qaçıram, məşq edirəm, ancaq zərbə vura bilmirəm. Dərhal ağrı verir. Həkimlər bunun gec sağalacağını deyiblər. Nə olur-olsun, ancaq əməliyyat olmasın. Bu gün hər şey bilinəcək. Bu cür davam etsə, böyük ehtimalla “Bakı” ilə oyunu buraxmalı olacağam”.

0
0