Rəşad Sadiqov “Neftçi” və “Qarabağ”a “ilişdi”
30.03.2011 - 17:00
“Açığı, “Neftçi” ilə oyun çox çətin olacaq. Çempionluq yolunda vacib qarşılaşmadır. Rəqib bizi 4 xal qabaqlayır. Uduzsaq, vəziyyətimiz çətin olacaq. Çünki aradakı xal fərqi yüksələcək. Ancaq udsaq, fərq minimuma enəcək və şansımız artacaq”. Bu sözləri apasport.az saytına açıqlamasına “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.
Premyer Liqanın XXV turunun mərkəzi matçında indiyədək bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Turnir cədvəlinə başçılıq edən paytaxt təmsilçisinin ən yaxın izləyicisi əzəli rəqibi “Xəzər Lənkəran”la yanaşı, həm də “Qarabağ”dır. Bu səbəbdən həftəsonu keçiriləcək görüşü 6 xallıq oyun da adlandırmaq olar.
Sadiqov rəqibin fərdi oyuna üstünlük verdiyini qabardıb: “Biz kollektiv oyuna üstünlük verir, bir-birimizə kömək edirik. Onlarda isə fərdi oyuna üstünlük verənlər çoxdur. Hər iki komanda açıq futbola üstünlük verir. Buna görə də maraqlı görüş olacaq”.
Yarımmüdafiəçi prinsipial oyunun bir qədər kölgədə qalmasına da münasibət bildirib: “Açığı “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilən oyunlar zamanı o möhtəşəm ab-havanı azarkeşlər yaradır. Həm də Lənkəran təmsilçisi ilk gündən iddialı başlayıb. “Qarabağ” da yaxşı komandadır. Ancaq nə bizim, nə də “Neftçi”nin onlar qədər azarkeşi var”.
Təcrübəli futbolçu azarkeşlərin görüşlərə gəlməməsinin səbəbini isə Bakıda oynamaları ilə izah edib: “Onların oyunlara gəlməməsi bizə pis təsir edir. 15-20 min azarkeş qarşısında oynayanda əlavə ruh alırsan. Yoxsa belə... Görünür, Bakıda oynadığımıza görə azarkeş sarıdan qıtlıq var. Quzanlıda oynayanda stadion dolurdu. Hər oyuna 3000-dən çox adam gəlirdi. İndi oranın da qazonu yaxşı vəziyyətdə deyil. Buna görə də Ağdama gedə bilmirik.”

0
0