Rodriqinyo: Arif Əsədov elə tez-tez danışır ki, tərcüməyə vaxt qalmır
31.03.2011 - 10:50
“Neftçi”dən aldığım təklif çox yaxşı idi. Üstəlik, fərqli dil, mədəniyyət, futbol üslubu ilə tanış olmaq imkanı da cəlbedici idi. Bütün bunlar qərarıma təsir etdi və indi bundan həzz alıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Rodriqinyo deyib.
“Santos” komandasının yetirməsi olan braziliyalı legioner vətənindən olan həmkarlarımıza müsahibə verib. Yarımmüdafiəçi ölkəmizdəki vəziyyəti haqda da danışıb: “Yad bir ölkəyə getməyə qərar verməzdən əvvəl ora haqda məlumat topladım. Bu işdə mənə komanda yoldaşım Denis Silva kömək etdi. O, mənə hər şeyin, o cümlədən şəraitin də yaxşı olduğunu dedi. Mənim üçün ən böyük çətinlik dil və futboldakı fərq idi. Braziliyadakı 34 dərəcə istidən sonra Bakı mənə soyuq gəlirdi. İlk ay ailəm üçün çox darıxırdım”.
Rodriqinyo Azərbaycan və Braziliya futbolunu müqayisə edib: “Azərbaycan futbolunda sərt mübarizələr üstünlük təşkil edir. Daim fiziki mübarizədə olursan. Ən əsası isə orda hava oyununa üstünlük verilir. Braziliya çempionatında isə texniki keyfiyyətlər üstünlük təşkil edir. Bu cəhəti heç müqayisə etmək olmaz. Rusiya və Makedoniyadan da oyunçularımız var. Bu üzdən də rus, ingilis, portuqal dillərini bilən tərcüməçimiz var. Lakin məşqçimiz elə tez danışır ki, tərcümə etməyə vaxt qalmır. Əksər hallarda başa düşməyə çalışıram”.

0
0