Mirça Rednik: Başa düşə bilmirəm, hakim bizim qolu niyə hesaba almadı
02.04.2011 - 19:24
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın XXV turunun “Bakı” ilə oyunu (0:0) barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, rumıniyalı çalışdırıcı bildirib ki, komandası qələbə layiq idi: “Rəqibdən daha yaxşı oynadıq. Amma bəxtimiz gətirmədi. Başa düşə bilmirəm, hakim bizim qolu niyə hesaba almadı? Fikrimcə, 1 xal bizim çempionluq mübarizəmizə kömək edəcək.
0
0