“MOİK-in Premyer Liqasında qalmasını istərdim”
02.04.2011 - 23:20
“Maraqlı oyun alındı. Bura 3 xal üçün gəlmişdik, təəssüf ki, 2 xal itirdik. MOİK çox yaxşı oyun göstərdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Muğan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Premyer Liqanın XXV turunda MOİK-lə xalları yarı bölən Salyan təmsilçisinin çalışdırıcısı bildirib ki, “hərbçilər”in çempionatda qalmasını istəyir: “MOİK-in Premyer Liqasında qalmasını istərdim. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram".
MOİK-in çalışdırıcısı Ramil Əliyev vurğulayıb ki, rəqibin güclü və zəif cəhətlərini öyrənmişdilər: “Həqiqətən də, gözəl oyunun şahidi olduq. "Muğan"ın güclü və zəif cəhətlərini öyrənmişdik. Hər iki komanda bu gün yaxşı oynadı. "Muğan" azlıqda qaldıqdan sonra onların qapısında qol epizodu yarada bilmədik”.

0
0