Ölkə çempionunun oyununda qalmaqal
03.04.2011 - 10:39
Ölkə çempionunun oyununda qalmaqal
Afrika Çempionlar Liqasının oyunu qalmaqalla başa çatıb. Apasport.az saytının məlumatına görə, Misirin "Zamalek" klubu ilə Tunis təmsilçisi "Afrikain" arasında gğrüş dava-dalaşla başa çatıb. Hər şey oyunun sonlarında baş verib. Belə ki, Əlcəzairdən olan hakim misirlilərin vurduğu qolu hesaba almayıb. Həmin qol isə "Zamalek"i çempionların yarışında növbəti mərhələyə daşıyacaqdı. Qolun qeydə alınmaması isə yüzlərlə azarkeşin meydana axışması ilə nəticələnib. Onlar hakimləri və futbolçuları döyməyə qərar veriblər. Hətta qarşılarına çıxan digər şəxslər də fanatların qurbanına çevrilib.