Möhtəşəm seriyaya son
03.04.2011 - 12:05
Möhtəşəm seriyaya son
İspaniya çempionatının hesabat turu 2 seriyanın qırılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, cari mövsümdə "Santyaqo Bernabeu"da keçirdiyi bütün görüşlərdə istisnasız qələbə qazanan "Real" öz meydanında ilk xal itkisinə üzülüb. "Sportinq"ə uduzan Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyonun isə daha möhtəşəm seriyası başa çatıb. Belə ki, portuqaliyalı mütəxəssis 8 il 3 ay 7 gündən sonra öz meydanında uduzmağın nə olduğunu gördü. Onun rəhbərlik etdiyi komandalar 2003-xü il fevralın 23-dən sonra milli çempionatlar çərçivəsində ev məğlubiyyəti almırdı.