Arif Əsədov: Rəqibə uyğun taktika qurmuşduq
03.04.2011 - 18:14
Arif Əsədov: Rəqibə uyğun taktika qurmuşduq
"Neftçi" və "Qarabağ" klubları arasında oyunlar Azərbaycan çempionatları tarixlərində derbi sayılıb. "Qarabağ"ın çempionatın son 9 oyunda qalib gəlməsi onların gücünü göstərir ". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXV turunun "Qarabağ"la oyunundakı 2:0 hesablı qələbədən razı qalıb: "Rəqibin güclü və zəif tərəflərini analiz etmişdik, buna uyğun taktika qurmuşduq. Komandam da bu taktikanı düzgün yerinə yetirərək qalib gəldi. Futbolçularımı təbrik edirəm. "Qarabağ"a uğurlar arzulayıram".