"AFFA prezidentinin ad gününü təbrik edirəm"
03.04.2011 - 19:47
"Görüşdən öncə, çox insan belə bir fikir söyləyirdi ki "Neftçi" –"Qarabağ" qarşılaşması çempionluğun taleyini 50 faiz həll edən matçdır. Həqiqətən də bu gün meydanda azarkeşlər əsl futbol oyununun şahidi oldular". Apasport.az saytının məlumatına görə, bu söğzləri Bakının "Neftçi" klubunun kapitanı Rail Məlikov deyib.
Azərbaycan Premyer Liqasının XXV turunun "Neftçi" - "Qarabağ" matçından (2:0) sonra müdafiəçi klubunun rəsmi saytına danışıb: "Yüksək əzmkarlıq nümayiş etdirərək, 3 xal qazandıq. Bu gün ən yaxın izləyicimizi 6 xal qabaqlayırıq və final mərhələsində bu fərq heç də az deyil. Buna baxmayaraq, hər görüşdə bütün gücümüzü ortaya qoyaraq, qələbə qazanmalıyıq. Respublika stadionunda əsl futbol atmosferi vardı. Son vaxtlar AFFA rəhbərliyi, şəxsən təşkilatın prezidenti Rövnəq Abdullayev tərəfindən ölkə futbolunun inkişafına yüksək diqqət və qayğı göstərilir. Bu gün Rövnəq müəllimin ad günüdür. Mən həm milli komandanın oyunçusu, həm də "Neftçi" klubunun kapitanı olaraq bütün futbolçular adından AFFA prezidentini təbrik edirəm və Rövnəq müəllimə futbolumuzun inkişafı yolunda daha böyük uğurlar arzulayıram".

0
0