Stadionda müğənni heykəli
03.04.2011 - 20:12
Stadionda müğənni heykəli
İngiltərənin "Fulhem" klubunun sahibi Məhəmməd Əl-Fayed məşhur pop ulduzu Maykl Ceksonun xatirəsini əbədiləşdirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, ərəb biznesmen 2009-cu ildə vəfat edən mərhum dostunun heykəlini düzəltdirmək fikrindədir. 2 metrlik qızıl heykəl klubun stadionunun girişində yerləşdiriləcək. Müğənninin abidəsi üçün əvvəl başqa yer seçilsə də qətərli klub sahibi fikrini dəyişib.

Qeyd edək ki, "Fulhem" azarkeşləri bunun əleyhindir.