Mehman Allahverdiyevin 2828 günü
04.04.2011 - 09:12
Azərbaycanlı məşqçi Mehman Allahverdiyev 8 illik həsrətə son qoyub. Apasport.az saytının hesablamalarına görə, “Gəncə” klubunun baş məşqçi postuna təyin edilən 51 yaşlı mütəxəssis 2828 günlük fasilədən sonra milli çempionata qayıdıb. Bu, Premyer Liqamızın XXV turu çərçivəsində “Qəbələ” ilə aprelin 2-də 1:1 hesabı ilə nəticələnən səfər oyununda gerçəkləşib. Özü də Allahverdiyev qayıdışında dünya şöhrətli ingilis həmkarı Toni Adamsla görüşərək, həm ilk xalı qazanıb, həm də “Gəncə”nin 9 oyunluq qolsuz seriyasına son qoyub.
Allahverdiyev karyerası boyu yalnız “Kəpəz”in baş məşqçisi olub. Gəncə futbol məktəbinin yetirməsi olan keçmiş hücumçu SSRİ ilə yanaşı, milli çempionatımızın da iştirakçısı olmağa imkan tapıb. Ancaq II milli çempionatımızda – Sumqayıtın “Xəzər” klubu ilə pley-off mərhələsinin yarımfinal oyununda kütləvi dava-dalaş Allahverdiyevin uzun müddətə cəzalandırılması ilə nəticələnir. Nəticədə “Kəpəz”in futbolçusu daha yaşıl meydana qayıtmayaraq, 33 yaşında karyerasını bitirməli olur.
O, doğma komandasına 1994-cü ildə baş məşqçi kimi qayıdır və 10 ildə mükafatları sıralayır. Belə ki, Allahverdiyev “Kəpəz”lə 3 dəfə qızıl (1994/95, 97/98, 98/99 mövsümü), 1 dəfə gümüş (1999/00), 2 dəfə bürünc (1993/94, 95/96) medal, 4 dəfə (1993/94, 96/97 , 97/98, 99/00) ölkə kubokunu qazanıb. O, mükafatlarının sayına görə yalnız keçmiş baş məşqçisi olan təcrübəli həmkarı Ağasəlim Mircavadovdan geri qalır.
Allahverdiyev buna qədər sonuncu dəfə sonuncu dəfə 2003/04 mövsümündə iş başında olmuşdu. Ancaq onda məşqçi ilk dövrə bitməmiş, 2003-cü ilin iyulun 5-də IX turda “Xəzər Universiteti” klubuna Zabrat qəsə stadionunda 0:8 hesablı məğlubiyyətdən sonra istefa vermişdi. Bu, “Kəpəz”in tarixində ən ağır yenilgi idi və titullu məşqçi belə nəticədən sonra qalmağı lazım bilmədi.
Qeyd edək ki, Allahverdiyevin “Kəpəz”in 2004/05 mövsümünün II dövrəsini adını daşıdığı “Gəncə”yə bağlılığı olub. Ancaq o, növbəti mövsümün 2-ci yarısında klubun vitse-prezidenti olur, baş məşqçi postunu isə Şahin Diniyevin gedişindən sonra Fuad İsmayılov tutur. Tale elə gətirdi ki, Allahverdiyev uzun illər “Kəpəz”də köməkçisi olduğu İsmayılovu ötən tur evdə autsayder “Simurq”a məğlubiyyətdən (0:1) sonra istefaya göndərilməsindən sonra əvəzləyir.
Mehman SÜLEYMANOV

0
0