“Portu” Avropanın ən erkən çempionu oldu
04.04.2011 - 09:39
“Portu” Avropanın ən erkən çempionu oldu
“Portu” klubu növbəti dəfə Portuqaliya çempionu olub. Apasport.az saytının məlumatına görə, “Portu” Avropada “payız-yaz” sistemi ilə keçirilən cari çempionatlar arasında ən erkən qızıl medalçı olmaqla, tarixə düşdü.

Bu, son turda əzəli rəqibi “Benfika”ya səfərdə qalib gələndən sonra (2:1) reallaşdı. Bununla da 71 xalı olan “Portu” sona 5 tur qalmış çempionluğu bayram edib. O, 2-ci pillədə olan “Benfika”nı 16 xal qabaqlamaqla, əlçatmaz oldu.

Qeyd edək ki, Avroliqanın 1/4 finalına çıxan “Portu” növbəti mövsümdə birbaşa Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazandı.