Valeri Abramidze: Artıq çempion olmaq şansımız qalmadı
04.04.2011 - 10:11
“Nəticə bizim üçün yaxşı olmadı. Üstünlük bizdə olsa da, rəqib cəmi bir səhvimizdən istifadə edib, qol vurdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun müdafiəçisi Valeri Abramidze deyib.
Premyer Liqanın XXV turu çərçivəsində AZAL-la qarşılaşan son çempion məğlubiyyətlə üzləşdi. “Təyyarəçilər” birinci hissədə vurduqları qolla minimal hesablı qələbəni bayram edib. Maraqlıdır ki, cari mövsümdə artıq üçüncü dəfə üz-üzə gələn komandaların duelində üstünlük Nazim Süleymanovun yetirmələrindədir.
İki oyunda qələbəyə sevinən AZAL bir görüşdə xalları yarı bölüb. Oyun planında rəqibinə uduzmayan “bankirlər” topa daha çox nəzarət edən tərəf olsalar da, rəqib torunu silkələyə bilmədi. Təcrübəli müdafiəçi bununla da çempionluq şanslarının bitdiyini qeyd edib: “Artıq çempion olmaq şansımız qalmadı. Bütün diqqətimizi Avropa Liqasına vəsiqə qazanmaq hüququ verən yerlərdən birinə yönəltmişik”.

0
0